Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar.
== Uğur rəmzləri ==
Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır.
Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür.
Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var.
Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır.
== Müvəffəqiyyətdə uğurun rolu ==
İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.